Fələstin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını Qəzza zolağında atəşkəsi təmin etməyə və İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Sitat.info xəbər verir ki, Fələstin Ərəb Liqasının nümayəndəsi Mühənnad əl-Aqluk Liqanın fövqəladə iclasından əvvəl çıxışında deyib:
"Biz İsraili Rəfaha hücumları və onun bir milyondan çox məcburi köçkünə vuracağı fəsadlar barədə xəbərdar edirik".
Aqluk, İsrailin beynəlxalq hüquqa tabe olmaqdan imtina etdiyini və Ramazan ayında Qəzzada atəşi dayandırmadığını vurğulayaraq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasından (BMT TŞ) Qəzza zolağında atəşkəsi təmin etməyə və İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Kənan Yusif
Sitat.info