Dünyanın ən çox filə malik ölkəsi Botsvananın prezidenti Mokgweetsi Masisi, fil ovunun qarşısını almaq üçün ov ləvazimatlarının satışına məhdudiyyətlər qoymaq istəyən Almaniyaya 20 min fil göndərməklə hədələyib.
Sitat.info xəbər verir ki, Botsvana prezidenti Mokgweetsi Masisi Bild qəzetinə verdiyi açıqlamada Almaniya hökumətinin Afrikadakı fil populyasiyasını qorumaq üçün ov materialları və avadanlıqlarının satışını qadağan etmək təşəbbüsünü tənqid edib.
Təxminən 130 min filin yaşadığı Botsvanada qorunma işləri nəticəsində fil populyasiyasının partladığını vurğulayan Masisi, fil sürülərinin mülklərə və məhsullara zərər verdiyini və insanların ölümünə səbəb olduğunu ifadə edib.
Kənan Yusif
Sitat.info