Çilidə 5,8 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 215 min insanın yaşadığı Konsepsyon şəhərindən 23 km cənub-şərqdə yerləşib. Dərinliyi 32 kilometr olub.
Dağıntı və qurbanlar barədə məlumat verilməyib.
Türkan
Sitat.info