Hindistanın Telanqana əyalətində əczaçılıq fabrikində baş verən partlayış nəticəsində ilkin məlumata görə, 4 nəfər ölüb, 10-dan çox adam yaralanıb.
Sitat.info xəbər verir ki, Polis rəsmisi partlayışla bağlı Press Trust of India xəbər agentliyinə açıqlama verib.
Rəsmi bildirib ki, Telanqana əyalətinin Sanqareddi rayonundakı əczaçılıq fabrikində elektrik təchizatında partlayış baş verib.
Kənan Yusif
Sitat.info