Filippində anormal istilər: temperatur 43 dərəcəyə çatıb

11:54 4 Aprel 2024

Filippin Təhsil Departamenti ölkədə termometrlərin 43 dərəcə göstərdiyi və buna görə də 3954 məktəbdə əyani təhsilin dayandırıldığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Filippində həddindən artıq isti hava ölkədə təhsil fəaliyyətinin dayandırılmasına səbəb olub.

Ölkənin bəzi bölgələrində temperatur 43 dərəcəyə çatıb. Filippin Təhsil Departamentindən (DepEd) edilən açıqlamada anormal istilər səbəbiylə 12 bölgədə 3954 məktəbdə əyani təhsilin dayandırıldığı bildirilib.

Kənan Yusif

Sitat.info



Xəbər xətti