İran silahlı qarşıdurma ilə bağlı rəsmi bəyanat yaydı

13:09 4 Aprel 2024

İran bu gün Sistan və Bəlucistan əyalətinin Rask, Çabahar və Sərbaz bölgələrində baş verən silahlı qarşıdurma ilə bağlı rəsmi bəyanat yayıb.

Sitat.info xəbər verir ki, İran daxili işlər nazirinin təhlükəsizlik və hüquq-mühafizə məsələləri üzrə müavini Məcid Mirəhmədi silahlı qarşıdurma nəticəsində 5 SEPAH və polis üzvünün öldürüldüyünü, 10-nun yaralandığını deyib.

SEPAH-ın Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur isə açıqlamasında “Ceyş əl-Ədl” silahlı qruplaşmasının 15 üzvünün zərərsizləşdirildiyini bildirib.



Xəbər xətti