Türkiyə Tənəffüs Araşdırmaları Dərnəyi Tütün İşçi Qrupu Üzvü Prof. Dr. Nəzmi Bilir təbii və insan faktorlarının insan orqanizminə tənəffüs yolu ilə daxil olması nəticəsində havaya qarışan hissəciklərin xərçəng riskini artırdığını, buna görə də siqaret çəkməyənlərdə də ağciyər xərçənginin görülə biləcəyini bildirib.
Sitat.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hər il 6,7 milyon vaxtından əvvəl ölümün səbəbi açıq havada və ev şəraitində havanın çirklənməsidir. Xarici mühitin çirklənməsinin 2019-cu ildə 4,2 milyon vaxtından əvvəl ölümə səbəb olacağı təxmin edilib. Bu ölümlərin təxminən 89 faizi Cənub-Şərqi Asiya və Qərbi Sakit Okeandakı aşağı və orta gəlirli ölkələrində baş verib.
Kənan Yusif
Sitat.info