Kəlbəcərdə zəlzələ olub

14:43 4 Aprel 2024

Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Sitat.info-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Daşkəsən st-dan 49 km cənubda, Kəlbəcər ərazisində zəlzələ qeydə alınıb.

Məlumata görə, zəlzələnin maqnitudası 3.2 olub.

Yeraltı təkanın dərinliyi 10 kilometrdir.



Xəbər xətti