Taylandda sərnişin daşıyan "Koh Charoen-2" adlı gəmidə yanğın baş verib.
Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, gəmidə olan 97 sərnişin və 11 heyət üzvü qruplar tərəfindən xilas edilib. Yardım qayıqları ilə adaya gətirilən sərnişinlər arasında tüstüdən zərər çəkənlər təcili yardımla xəstəxanaya göndərilib.
Yararsız hala düşən gəminin hansı səbəbdən yandığı məlum deyil.
Türkan
Sitat.info