Ukrayna çağırış etdi, ABŞ dərhal tədbir gördü

18:51 4 Aprel 2024

ABŞ Ukraynanın əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri ilə bağlı çağırışına görə dərhal tədbirlər görür.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

Kuleba Rusiyanın tammiqyaslı təcavüzü başlayandan bəri ABŞ-a Ukraynaya göstərdiyi bütün yardımlara görə minnətdarlığını bildirib.

“Mən ABŞ dövlət katibi Blinkenə Rusiyanın Ukrayna şəhərlərinə və icmalarına qarşı artan hava terroru, o cümlədən ballistik raketlərdən istifadə barədə məlumat verdim və amerikalı tərəfdaşlarımızı mümkün qədər tez əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün imkanlar tapmağa çağırdım. Bu çağırışla bağlı dərhal cavab tədbirləri gördüyü üçün ABŞ dövlət katibinə minnətdaram”, - deyə Kuleba bildirib.



Xəbər xətti