Quranı yandıran Momika deportasiya ediləcək

21:26 4 Aprel 2024

İsveçdə Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momika sığınacaq istədiyi Norveçdə həbs edilib.

Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Martın 27-də Apellyasiya Məhkəməsi tərəfindən İsveçdən deportasiya qərarı qəbul edilən təxribatçının Norveçə sığınacaq tələbi rədd edilib.

Momikanın yenidən İsveçə deportasiya ediləcəyi gözlənilir.

Türkan

Sitat.info



Xəbər xətti