Buça qətliamından film çəkilir

12:38 15 Aprel 2022

Rusların törətdiyi Buça qətliamından bəhs edən sənədli film çəkiləcək.

Sitat.info Kult.az-a istinadən xəbər verir ki, bu barədə Buça Şəhər Şurası məlumat paylaşıb.

Sənədli film məhşur “Kart evi” (House of cards) teleserialının ssenari müəllifi amerikalı Bo Villimon tərəfindən ekranlaşdıracaq.

Hazırda Villimon rusların törətdiyi qətliam haqqında material toplamaq üçün Ukraynadadır. Film təkcə Buça qətliamını deyil, ukraynalıların qəhrəmancasına mübarizəsini bütün dünyaya çatdırmaq məqsədi güdür.



Xəbər xətti