Rusiya Silahlı Qüvvələri terror aktının qarşısını alıblar

09:19 5 Aprel 2024

Rusiya hərbçiləri cümə günü gecə Krasnodar diyarının Yeyski rayonunda terror aktının qarşısını alıblar.

Sitat.info-nun məlumatına görə, bu barədə rayon rəhbəri Roman Bublik öz "Telegram" kanalında bildirib.

"Rusiya Federasiyasının Silahlı Qüvvələri çevik və uzlaşdırılmış şəkildə işləyiblar, ərazimizdən xeyli aralıda rayonumuzun ərazisində terror aktına cəhdin qarşısı alınıb", - deyə R.Bublik yazıb.

O qeyd edib ki, Yeyski rayonunda dağıntı yoxdur.



Xəbər xətti