Rusiya bunsuz hücuma keçə bilməyəcək

10:57 5 Aprel 2024

Böyük səfərbərlik olmasa, Rusiya Ukraynada hər hansı genişmiqyaslı hücum əməliyyatı həyata keçirə bilməyəcək.

Sitat.info xəbər verir ki, bunu NATO-nun adı açıqlanmayan yüksək rütbəli nümayəndəsi Rusiyanın "Vacib xəbərlər" nəşrinə açıqlamasında deyib.

NATO nümayəndəsi hesab edir ki, Rusiya hərbçilərinin hələ də bunun üçün sursat və manevr bölmələri yoxdur:

“Onlar çox güman ki, Ukrayna Silahlı Qüvvələrini sıradan çıxarmağa yönəlmiş hücumları davam etdirəcəklər”.

NATO-nun kəşfiyyat məlumatlarına görə, Rusiya ordusunun yerli komandanlığı hələ də quruda mürəkkəb əməliyyatlar təşkil edə bilmir və artıq hərbçilərin əhval-ruhiyyəsini qoruyub saxlamaqda çətinlik çəkir.



Xəbər xətti