Rusiyada hərbi aerodroma PUA hücumu edildi

13:02 5 Aprel 2024

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərinə PUA hücumu edilib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, hərbi aerodrom və şəhərciyin yerləşdiyi ərazidə 10-dan çox partlayış eşidilib.

Yeysk rayon rəhbəri Roman Bublik də hücumları təsdiqləyib bə bildirib ki, ərazidə dağıntılar qeydə alınmayıb.



Xəbər xətti