İslandiya baş naziri istefa verir

19:58 5 Aprel 2024

İslandiyanın baş naziri Katrin Yakobsdottir baş nazir vəzifəsindən istefa vermək qərarına gəlib.

Sitat.info xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb onun iyunun 1-də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürəcəyi olub. 

2017-ci ildən İslandiyanın baş naziri olan Yakobsdottirin yerinə kimin keçəcəyi bəlli deyil.

Türkan

Sitat.info



Xəbər xətti