Cənubi Koreya Ukraynaya 2,3 milyard dollar yardım ayıracaq.
Sitat.info xəbər verir ki, bu sözləri C. Koreyanın xarici işlər naziri Ço Tae-yul deyib.
"Ölkəmiz Ukraynaya sülhün bərpası naminə yardımı davam etdirəcək. Bunun üçün 2,3 milyard dollarlıq orta və uzunmüddətli paket ayrılacaq", - deyə o qeyd edib.
Bundan başqa, Cənubi Koreya NATO fondu vasitəsilə yaralı ukraynalı hərbçilərə yardım üçün reabilitasiya mərkəzlərinə 12 milyon dollar yardım edəcək.
Türkan
Sitat.info