Mərhum ilahiyyatçı, ictimai xadim Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları haker hücumlarına məruz qalıb.
Sitat.info xəbər verir ki, bu barədə Hacı Şahin Həsənlinin rəsmi facebook səhifəsi yazıb.
Qeyd olunub ki, artıq “Youtube” kanalı hakerlər tərəfindən ələ keçirilib.
Verilən açıqlamaya görə, hazırda hücumların zərərsizləşdirilməsi istiqamətində işlər aparılır və tezliklə ictimaiyyətə məlumat veriləcək.