NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, NATO Avropa təhlükəsizliyinin təməl daşıdır və belə də qalacaq.
Sitat.info xəbər verir ki, Bild qəzetinə verdiyi açıqlamada NATO-nun baş katibi Yens Stoltenberq Avropalı müttəfiqlərini qorumağa davam edəcəklərini ifadə edib və NATO-nun Avropa təhlükəsizliyinin təməl daşı olduğunu qeyd edib.
NATO-nun məqsədinin döyüşmək olmadığını bildirən Stoltenberq: "NATO-nun məqsədi müharibənin qarşısını almaqdır. Və biz bunu 75 ildir uğurla həyata keçiririk", - deyib.
Kənan Yusif
Sitat.info