Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı daha bir nəfər həbs edilib.
Sitat.info xəbər verir ki, Rusiyanın Basmannı rayon məhkəməsində martın 22-də axşam saatlarında baş vermiş terror aktı ilə bağlı saxlanılan şübhəlilərdən biri hakim qarşısına çıxarılıb.
“Mütəşəkkil dəstənin üzvü kimi ölümlə nəticələnən terror aktı törətməkdə” ittiham olunan şübhəli Tacikistan vətəndaşı Muhammed Zoirin mayın 22-dək həbsdə saxlanmasına qərar verilib.
Kənan Yusif
Sitat.info