Nigeriyada silahlı hücum: 19 nəfər həyatını itirdi

23:07 5 Aprel 2024

Nigeriyanın Kogi əyalətində baş verən silahlı hücumda 19 nəfərin həyatını itirdiyi bildirilib.

Sitat.info xəbər verir ki, Nigeriya milli mətbuatında yayılan xəbərlərə görə, Kogi əyalətinin Omala bölgəsində naməlum silahlı şəxslər tərəfindən hücum həyata keçirilib.

Hücum nəticəsində 19 nəfər ölüb, onlarla insan yaralanıb.

Nuriyyə 

Sitat.info



Xəbər xətti