Hizbullah: İsrailə qarşı hələ istifadə etmədiyimiz qüvvələr var

23:06 5 Aprel 2024

İranın hücuma cavab verməsi tamamilə qaçılmazdır. Təşkilatın hələ də İsrailə qarşı istifadə etmədiyi silah və qüvvələri var.

Sitat.info xəbər verir ki, bu sözləri Hizbullah lideri Həsən Nəsrullah deyib.

O, İranın Dəməşqdəki konsulluğuna hücumun ağır olduğunu, buna sərt cavab verəcəklərini açıqlayıb.

Qeyd edək ki, aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşqdə İranın konsulluğu və səfirliyinin iqamətgahına hücum edib.

13 nəfərin həyatını itirdiyi hücumda ölənlər arasında İran İnqilabı Keşikçiləri Korpusunun komandirlərindən briqada generalı Məhəmməd Rza Zahidi, ikinci general və daha beş mühafizəçinin olduğu bildirilir.

Türkan

Sitat.info



Xəbər xətti