İranda İŞİD liderlərindən biri saxlanıldı

10:56 6 Aprel 2024

İranda təhlükəsizlik qüvvələri tərəfindən yüksək “rütbəli” İŞİD üzvü saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə İran polis komandanlığının sözçüsü Səid Müntəzir Mehdi məlumat yayıb.

O bildirib ki, Kərəc şəhərində keçirilən əməliyyat çərçivəsində İŞİD-in yüksək vəzifəli üzvü, “Rameş” kod adlı Məhəmməd Zakeri və terror təşkilatının digər iki mənsubu saxlanılıb.

Onların Fitr bayramında kamikadze əməliyyatı keçirmək niyyətində olduğu bildirilib.

Bundan əlavə İŞİD-lə əlaqəli 8 nəfərin də saxlanıldığı vurğulanıb.



Xəbər xətti