Özbəkistan Müdafiə Nazirliyi əhaliyə xəbərdarlıq edib

13:16 6 Aprel 2024

Özbəkistan Müdafiə Nazirliyi Daşkənd vilayəti və paytaxt sakinlərinə xəbərdarlıq edib

Sitat.info xəbər verir ki, bu barədə "Kun.uz" məlumat yayıb.

“Bu gün, aprelin 6-da Müdafiə Nazirliyinin planına uyğun olaraq Daşkənd Hərbi Dairəsinin bölmələrinin iştirakı ilə xüsusi taktiki təlimlər başlayıb.

Təlimlər çərçivəsində Daşkənd vilayəti və Daşkənd şəhərində müəyyən marşrutlar üzrə hərbi dairə qoşunlarının hissələrinin zirehli texnikası və yük maşınlarının keçirilməsi planlaşdırılır.

Sürücülərdən hərbi texnikanı idarə edərkən yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə ciddi əməl etmələri tövsiyə olunur”, - deyə məlumatda bildirilir.



Xəbər xətti