Ermənistandakı “missiya” atışma olan əraziyə gəldi

20:33 6 Aprel 2024

Avropa Birliyinin Ermənistandakı missiyası dünən sərhəddə baş verən atışma ərazisinə gəliblər.

Sitat.info erməni mediasına istinadla xəbər verir ki, onlar atəşin pozulduğu ərazidə vəziyyətin sabir və sakit olduğunu bildiriblər.

Qeyd edək ki, aprelin 5-i saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.



Xəbər xətti