İsrailin Qəzza zolağının mərkəzi və cənub bölgələrinə aviazərbələri və artilleriya bombardmanları nəticəsində azı 7 fələstinli ölüb, çoxlu sayda fələstinli yaralanıb.
Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın səhiyyə rəsmilərinə əsaslanaraq verdiyi xəbərə görə, İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissəsinə və Əl-Şücayyə Qaçqınlar Düşərgəsinə şiddətli hava zərbələri endirib.
Hücumlarda ən azı 7 fələstinli həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.
Kənan Yusif
Sitat.info