ABŞ bu qırıcıların istehsalını dayandırır

13:17 8 Aprel 2024

“Boinq” şirkəti 2027-ci ilə kimi çoxməqsədli F/A 18 “Super Hornet” qırıcısının istehsalını dayandıracaq.

Sitat.info xəbər verir ki, bu barədə “Bulgarian military” məlumat yayıb.

Məlumata görə, istehsalın dayandırılmasına səbəb yeni sifarişlərin olmamasıdır.

Bildirilib ki, şirkət ABŞ Hərbi Dəniz Qüvvələrindən sonuncu dəfə martın 19-da 1.3 milyard dollarlıq sifariş alıb.

“Əgər ABŞ Hərbi Dəniz Qüvvələrinin sifarişi olmasaydı, qırıcıların istehsalı 2025-ci ildə dayandırılacaqdı”, - məlumatda qeyd olunub.



Xəbər xətti