Beyləqanda fəhlə aparan avtobus aşıb.
Yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Sitat.info Trend-ə istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hospitalizasiya olunanlardan 18-i kişi, 2-i qadındır:
"Onlardan 18-də bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb. 2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".