Rusiya Fövqəladə Hallar Nazirliyi suyun səviyyəsini artıran qarın əriməsi nəticəsində ölkə üzrə 10 400-dən çox evin su altında qaldığını açıqlayıb.
Sitat.info xəbər verir ki, başlanğıcını Ural dağlarından götürərək Xəzər dənizinə axan Ural çayının səviyyəsi cümə günü cəmi bir neçə saat ərzində bir neçə metr qalxaraq Orsk şəhərində bəndi keçib.
Rusiya Fövqəladə Hallar Nazirliyi Sibir, Volqa və ölkənin mərkəzi rayonlarında daşqınlar baş verdiyini açıqlayıb.
Rusiyanın 39 regionunda 10 400-dən çox evin su altında qaldığı açıqlanıb.
Kənan Yusif
Sitat.info