İlham Əliyev fərman imzaladı

14:08 8 Aprel 2024

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sitat.info fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 297 (Cild I) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.7.4-cü yarımbənddə “ali təhsil tələb olunmayan” sözləri “informasiya texnologiyaları sahəsində” sözləri ilə əvəz edilsin.

2. 1.7.6-cı yarımbəndə “baş” sözündən əvvəl “ali və” sözləri əlavə edilsin.

3. 3.3.5-ci yarımbənddən “(bu Əsasnamənin 1.7.4-cü yarımbəndində göstərilən şəxslər istisna olmaqla)” sözləri çıxarılsın.



Xəbər xətti