Ukrayna prezidenti Zelenski Kiyevin işğal olunacağı təqdirdə Moskvanın onun yerinə gətirməyə hazırlaşdığı müxalifət lideri Viktor Medvedçuku ələ keçirdi və Rusiya lideri Putinə əsirlərin mübadiləsini təklif edib.
Ukraynanın rusiyayönlü aparıcı siyasətçilərindən biri olan Viktor Medvedçuk ötən gün tutularaq həbs edildi. Ukrayna lideri Vladimir Zelenski Medvedçuku azadlığa buraxması müqabilində, əsir götürülən ukraynalı qadın və kişilərlə dəyişməyi təklif edib.
SİTAT.İNFO xəbər verir ki, Kreml Zelenskinin təklifini rədd edərək, Medvedçukun Rusiyanın xüsusi hərbi əməliyyatı ilə heç bir əlaqəsinin olmadığını bildirib. 2021-ci ilin mayından vətənə xəyanət ittihamı ilə ev dustaqlığında saxlanılan Ukraynanın əsas müxalifət partiyasının lideri Medvedçuk Rusiyanın Ukraynaya müdaxiləsi başlayandan bəri qaçır.
Bəs Medvedcuk kimdir?
SİTAT.İNFO xəbər verir ki, Ukraynanın ikinci böyük partiyası olan Həyat Naminə Müxalifət Platformasının lideri Medvedçuk Rusiya lideri Vladimir Putinə yaxın milyonçudur. O, regionda Ukrayna və Rusiya siyasətində aparıcı fiqur kimi tanınır. İş o yerə çatıb ki, Putin hətta Medvedçukun kiçik qızı Dariyanın xaç atası oldu. British Independent-in xəbərinə görə, ikilinin dostluğu 2003-cü ilə gedib çıxır. Həmin vaxt Kreml administrasiyasının rəhbəri olan Aleksandr Voloşin ikilini tanış edərkən edərkən, ortaq dünyagörüşü olan Putin və Medvedçuk qısa müddətdə qaynayıb-qarışıblar.
Keçmiş müsahibələrinin birində Medvedçuk demişdi: “Putin bizim bir millət olduğumuzu düşünür, amma mən bunu düşünmürəm. Biz bir-birinə bağlı tarixi olan iki slavyan xalqıyıq. Mən həmişə bunu ona (Putinə) deyirəm”.
Ancaq fikir ayrılığı ikisini bir-birindən uzaqlaşdırmadı. Medvedçuk Moskva və Soçidə dəfələrlə Putinə baş çəkib. İkili hətta Rusiyada Formula 1 yarışlarını birlikdə izləyib.
Qaranlıq münasibətlərinə görə "Boz Karnidal" kimi tanınan Medvedçuk Ukrayna siyasi sistemində sahib olduğu unikal gücə görə "Qaranlıqlar Şahzadəsi" də adlandırılır.
Rusiyalı jurnalist Mixail Zıqar “Kremlin adamları” kitabında yazır ki, Medvedçuk olmadan Ukrayna ilə bağlı heç bir mövzudan söhbət gedə bilməz.
Medvedçukun adı 2014-cü ildə Rusiyanın Krımı işğalından sonra ABŞ sanksiyalarına daxil edilib. 2016-cı ildə verdiyi müsahibədə “Krım qanuni olaraq Ukraynaya bağlıdır” dedi. Amma faktiki Rusiya”, - deyə o bildirib.
Hesab edilir ki, Medvedçuk Rusiya lideri Putinin Zelenskini əvəz edəcəyi adamdır. 2021-ci ilin mayında ev dustaqlığına məhkum edilən Medvedçukun ölkədəki aktivləri dondurulub. Rusiyanın işğalından sonra ev dustaqlığından qaçdığı iddia edilirdi. Viktor Medvedçuk və teleaparıcı həyat yoldaşı Oksana Marçenko da OSCAR mükafatı almış amerikalı rejissor Oliver Stounun lentə aldığı 2019-cu ildə çəkilmiş "Ukraynanın aşkarlanması" filmində iştirak ediblər. Medvedçuk həyat yoldaşı ilə birlikdə filmin İtaliyada premyerasına qatılıb.
Digər tərəfdən Oksana Marçenko video çəkərək prezident Ərdoğandan kömək istəyib. Marçenko, türkcə altyazılarla hazırladığı videoda “Çox hörmətli Ərdoğan. Siz Ukrayna və Rusiyanın dostusunuz. Sizin böyük səlahiyyətiniz var, sizə hörmət edir və dinləyirlər. “Sizdən xahiş edirəm ki, həyat yoldaşımı azad etmək üçün öz təsir gücünüzdən istifadə edəsiniz.
Səid İsaoğlu,
SİTAT.İNFO