Kremlin sözçüsü Dmitri Peskov Zaporojya Atom Elektrik Stansiyasına edilən hücumları "təhlükəli təxribat" kimi qiymətləndirərək deyib: Bu, uzunmüddətli perspektivdə çox pis nəticələri olan çox təhlükəli bir taktikadır. Təəssüf ki, Kiyev rejimi terror fəaliyyətlərini davam etdirir".
Sitat.info xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada dünən Zaporojya Atom Elektrik Stansiyasına pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücumları dəyərləndirib.
Elektrik stansiyasında Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) işçilərinin sözügedən hücumlara şahid olduqlarını ifadə edən Peskov hücumların təhlükəli təxribat olduğunu bildirib.
Kənan Yusif
Sitat.info