Rusiya səfirliyinə “Molotov kokteyli” atıldı

18:15 8 Aprel 2024

Rusiyanın Vilnüsdəki səfirliyinə iki gecə dalbadal “Molotov kokteyli” atılıb.

Sitat.info xəbər verir ki, bu barədə “Delfi” nəşri Litva polisinə istinadən məlumat yayıb.

“Hücum ardıcıl olaraq iki gecədir ki, baş verir. Nəticədə səfirliyin divarı zədələnib. Hadisəni kimin törətdiyi hələ məlum deyil. Polis araşdırmaya başlayıb”, - məlumatda qeyd olunub.

//Axar.az



Xəbər xətti