AzTV-də bir sıra nöqsan hələ də var – Sədr

17:30 8 Aprel 2024

Ötən il Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) aparılan audit tədbirlərində üzə çıxan bir sıra nöqsan hələ də var.

Sitat.info xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, bu pozuntuların əksər hissəsinin aradan qaldırılması üçün televiziyanın rəhbərliyi tərəfindən təşəbbüslər irəli sürülüb.

Onun sözlərinə görə, bu istiqamətdə materiallar barədə qısa bir məlumat ictimailəşib:

"Aparılan auditin nəticəsi hüquq-mühafizə orqanlarına təqdim edilməyib. Orada sadəcə bir məsələ, podratçı tərəfindən eyni layihənin iki dəfə fərqli şəxslərə təqdim edildiyi aşkar edilib. Sırf bu məsələ araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Məsələ aydınlaşıb və köçürülən vəsait dövlət büdcəsinə geri qaytarılıb”.



Xəbər xətti