Türkiyənin Niyde şəhərində yeraltı kartof anbarında çökmə olub.
Sitat.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Dağıntı altında qalan şəxslərin tapılıb çıxarılması istiqamətində işlər aparılır.
Hadisənin səbəbi məlum deyil.