Qırmızı dənizdə husilərin 11 hücumunun qarşısı alınıb

18:28 8 Aprel 2024

Qırmızı dənizdə naviqasiya təhlükəsizliyi üçün başladılan "Aspides" missiyası çərçivəsində 68 gəmi yaxın mühafizə ilə təmin edilib, 11 hücuma müqavimət göstərilib.

Sitat.info xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell açıqlayıb.

Borrel bildirib ki, husilərin hücumları beynəlxalq hüququ və naviqasiya azadlığını pozur. Bu da bölgədə sabitliyə xələl gətirir.

O, husilərə qarşı hər hansı əməliyyat keçirilmədiyini vurğulayıb.

Türkan

Sitat.info



Xəbər xətti