Rusiya dünyanı Fələstini dəstəkləməyə çağırıb

20:11 8 Aprel 2024

Moskva dünyanın bütün ölkələrini Fələstinin BMT-nin daimi üzvü statusu üçün müraciətini dəstəkləməyə çağırır.

Sitat.info xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

"Rusiya Fələstinin BMT-yə tamhüquqlu üzvlüyü üçün müraciətini yeniləmək təşəbbüsünü tam dəstəkləyir. Bu müasir dünyada dəyişikliklərə səbəb ola bilər. Biz beynəlxalq ictimaiyyətin bütün üzvlərini Fələstinin BMT-yə üzvlük müraciətini dəstəkləməyə çağırırıq”, - deyə Polyanski qeyd edib.

Xatırladaq ki, 2011-ci ildə Fələstin BMT-yə daimi üzvlük üçün müraciət etmiş, lakin sonradan daimi müşahidəçi olaraq qalmağa qərar vermişdi. Aprel ayında Fələstin BMT Təhlükəsizlik Şurasına daimi üzv kimi daxil olmaq istəyinə yenidən baxılması xahişi ilə məktub göndərib.

Türkan

Sitat.info



Xəbər xətti