BMT Fələstinin üzv olmaq istəyini nəzərdən keçirəcək

21:57 8 Aprel 2024

BMT Təhlükəsizlik Şurası, BMT-yə yeni üzvlərin qəbulu komitəsinin Fələstinin üzv olmaq üçün müraciətini nəzərdən keçirmək üçün apreldə toplanacağına qərar verib.

Sitat.info xəbər verir ki, bu barədə Maltanın BMT-dəki nümayəndəsi Vanessa Frazier bildirib.

"Müzakirələrdən sonra biz razılaşdıq ki, komitə aprel ayı ərzində toplanmalıdır. Bu proses zamanı BMT TŞ-nin hər bir üzvü Fələstinin üzvlüyü ilə bağlı qətnamə layihəsi təqdim edə biləcək", - deyə Frazier qeyd edib.

​​​​​2011-ci ildən müşahidəçi olan Fələstin aprel ayında BMT Təhlükəsizlik Şurasına daimi üzv kimi daxilində olmaq istəyinə yenidən baxılması xahişi ilə məktub göndərib.

Türkan 

Sitat.info



Xəbər xətti