Ukrayna bizə görə cəbhədə mövqelərini itirir - ABŞ

11:28 9 Aprel 2024

Amerika Konqresinin fəaliyyətsizliyi ucbatından Ukrayna artıq cəbhədə mövqelərini itirir.

Sitat.info xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.

"Son bir neçə həftə, bir neçə ay ərzində biz Ukraynanın döyüş meydanında uduzduğunu gördük. Bu da Konqresin fəaliyyətsizliyi ilə bağlıdır", - o vurğulayıb.

Pyer qeyd edib ki, ukraynalılar öz azadlıqları, demokratiya və Putinin təcavüzünə qarşı mübarizə apararkən ABŞ bu müharibədə Ukraynaya yardımı davam etdirməlidir:

"Biz istibdadlara cavab verməsək, diktatorları dayandırmasaq, nə olacağını bilirik".



Xəbər xətti