HƏMAS liderlərindən biri öldürüldü

12:12 9 Aprel 2024

İsrail qırıcılarının Qəzzanın mərkəzi hissəsinə endirdiyi zərbələr nəticəsində HƏMAS-ın fövqəladə hallar bürosunun rəhbəri öldürülüb.

Sitat.info xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

“Gecə ordu kəşfiyyatının məlumatları əsasında qırıcıların endirdiyi zərbələr nəticəsində HƏMAS-ın fövqəladə hallar bürosunun rəhbəri Hatəm əl-Rameri məhv edilib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, əl-Rameri HƏMAS-ın hərbi qanadının fəallarından biri olub.



Xəbər xətti