Sena çayında çirklənmə müşahidə olunub

20:27 9 Aprel 2024

Sena çayının çirklənmə səbəbilə üzgüçülük üçün uyğun olmadığı müəyyən edilib.

Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Fransada iyulun 26-dan avqustun 11-dək keçiriləcək Paris Olimpiya Oyunlarında marafon üzgüçülük, triatlon və paratriatlon yarışlarının keçiriləcəyi çaydan son 6 ayda toplanan bütün nümunələr suyun keyfiyyətinin qeyri-adekvat olduğunu göstərib. 

Paris Qubernatorluğu çayda işlərin hələ tamamlanmadığı və hazırda fəaliyyətsiz olan təmizləyici qurğuların Olimpiya Oyunları üçün istifadəyə veriləcəyi barədə məlumat paylaşaraq problemin vaxtında həll olunacağını bildirib.

Türkan

Sitat.info

 



Xəbər xətti