Gerrero ştatında etirazçılar hökumət binasını yandırıblar.
Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, etirazçılar polis tərəfindən öldürülən Yanqui Kothan Gomez adlı tələbə və 2014-cü ildə saxlanıldıqdan sonra xəbər alınmayan 43 tələbə üçün izahat tələb edirlər.
Nümayişçilər əyalət hökumətinin binasını həmçinin təxminən 12 avtomobili yandırıblar.
Səlahiyyətlilər etirazçıların saxlanılmadığını və hadisədən qısa müddət sonra ərazini tərk etdiklərini bildiriblər.
Türkan
Sitat.info