BƏƏ: İlk yardım karvanı qurudan Qəzzanın şimalına gəlib

22:24 9 Aprel 2024

Birləşmiş Ərəb Əmirlikləri ilk yardım karvanının Qəzza zolağının şimalına quru yolu ilə gəldiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyinin Birgə Əməliyyatlar Komandanlığından verilən yazılı açıqlamada deyilir: "BƏƏ-nin 17 yük maşınından ibarət yardım karvanı ilk dəfə qurudan Qəzzanın şimalına çatdı".

Açıqlamada bildirilib ki, 370 tondan çox humanitar yardım daşıyan karvanda qaçqınlar üçün ərzaq, tibbi ləvazimat və geyim, eləcə də zəruri alət və avadanlıqlar olub.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti