Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi İsrailin maneələri səbəbindən yanvar ayından Qəzzanın şimalına ərzaq yardımı çatdıra bilmədiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin aclığa sürüklədiyi Qəzza zolağına ərzaq yardımı ilə bağlı açıqlama verib.
Açıqlamada, UNRWA-nın Qəzzanın şimalına göndərilməsi planlaşdırılan bütün qida karvanlarının İsrailin blokadası səbəbilə ilin əvvəlindən bölgəyə daxil ola bilmədiyi vurğulanıb və fevral və mart aylarında İsrailin icazə verməməsi səbəbiylə ərzaq yardımı konvoylarının yüzdə 40-ının Qəzzaya göndərilə bilmədiyi açıqlanıb.
Kənan Yusif
Sitat.info