Almaniya Qəzzada soyqırımı dəstəklədiyinə dair iddiaları rədd edir

22:40 9 Aprel 2024

Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) Nikaraquanın siyasi, maliyyə və hərbi dəstək verərək "İsrailin Qəzzada soyqırımını dəstəklədiyi" iddialarını rədd edən Almaniya, silah ixracının beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirildiyini iddia edib.

Sitat.info xəbər verir ki, Almaniya hüquq komitəsi, Nikaraqua tərəfindən Almaniyaya qarşı qaldırılan iddianın Beynəlxalq Ədalət Məhkəməsində dinləməsinin ikinci günündə İsrailin Qəzzadakı fəaliyyətlərinə siyasi, maliyyə və hərbi dəstək verərək "soyqırımı dəstəklədiyi" iddialarına qarşı Almaniyanl müdafiə edib. 

Almaniyanı təmsil edən Xarici İşlər Nazirliyinin Hüquq Məsələləri üzrə Direktoru Tania von Uslar-Gleichen dinləmələrdəki çıxışında İsrailin təhlükəsizliyinin Almaniyanın xarici siyasətinin əsasını təşkil etdiyini iddia edib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti