Türkiyə İraqın şimalında terrorla mübarizəni davam etdirir

22:48 9 Aprel 2024

İraqın şimalındakı Metina bölgəsində aşkarlanan 4 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.

Sitat.info xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorla mübarizəni davam etdirir. 

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Metina bölgəsində aşkarlanan 4 PKK terrorçusunun hava əməliyyatı ilə zərərsizləşdirildiyini açıqlayıb.

Bəyanatda terrorla mübarizənin effektiv və qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti