Qəzzaya ən çox humanitar yardım çatdıran ölkə Türkiyədir

22:51 9 Aprel 2024

Türkiyə Qəzza zolağında yaşayan fələstinlilərə ən çox humanitar yardım çatdıran ilk ölkədir. 

Sitat.info xəbər verir ki, Türkiyənin Qəzza bölgəsində sülh üçün intensiv kəşfiyyat diplomatiyası davam edir. Bununla yanaşı bölgə xalqının humanitar yardım ehtiyaclarının ödənilməsi üçün lazım olan bütün təşəbbüslər davam etdirilir. 

Oktyabrın 7-dən bu yana bölgədə çətin günlər yaşayan Qəzza xalqının insani ehtiyaclarını qarşılamaq üçün dünya ölkələri səfərbər olub. Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Türkiyə Qəzza bölgəsinə edilən yardımların miqdarına görə birinci yerdədir.

Kənan Yusif 

Sitat.info 



Xəbər xətti