Ukrayna: Nüvə obyektlərinə qarşı hərbi əməliyyat və ya təxribat həyata keçirmirik

22:56 9 Aprel 2024

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mətbuat katibi Andrey Yusov nüvə obyektlərinə qarşı heç bir hərbi əməliyyat və ya təxribat törətmədiklərini bildirib.

Sitat.info xəbər verir ki, Yusov yerli televiziya proqramında verdiyi açıqlamada Kiyevin Zaporojya Atom Elektrik Stansiyasına qarşı pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyi iddiasına reaksiya verib.

Rusiyanın Zaporojya Atom Elektrik Stansiyasını qanunsuz olaraq ələ keçirdiyini, oraya hərbi texnika yerləşdirdiyini, zavodun yerləşdiyi ərazini minaladığını və mütəmadi olaraq PUA-ları havaya buraxdığını bildirən Yusov deyib: “(Rusiya) bu gün Ukraynadan edildiyi iddia edilən hücumu simulyasiya etmək üçün FPV pilotsuz təyyarələrdən istifadə edir. Ukraynanın mövqeyi aydın və birmənalıdır. Biz nüvə obyektlərinə qarşı heç bir hərbi əməliyyat və ya təxribat həyata keçirmirik".

Kənan Yusif 

Sitat.info



Xəbər xətti