ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi xalqımızı Ramazan bayramı münasibətilə təbrik edib.
Sitat.info xəbər verir ki, bu barədə səfirliyin X hesabında məlumat paylaşılıb.
“Ramazan bayramı münasibətilə sizlərə ən xoş arzularımı və təbriklərimi çatdırıram. Qoy bu bayramı qeyd edən hər kəs dostluq, firavanlıq, cansağlığı və əmin-amanlıq içində yaşasın. Bayramınız mübarək!”, - paylaşımda qeyd edilib.