777-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

16:40 10 Aprel 2024

Rusiya müharibənin 777-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 583 təyyarəsi, 270 helikopteri, 20 089 PUA-sı, 499 zenit-raket kompleksi, 15 741 tank və digər zirehli texnikası, 1 266 reaktiv yaylım atəş sistemi, 8 802 artilleriya və minaatanı, 20 852 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.



Xəbər xətti